Birxeber.az / Aİ Moskvadakı terror aktı ilə bağlı xəbərlərdən dəhşətə gəlib

Aİ Moskvadakı terror aktı ilə bağlı xəbərlərdən dəhşətə gəlib

23-03-2024, 01:50

Avropa İttifaqı (Aİ) Moskvada “Crocus City Hall” konsert zalındakı terror aktı ilə bağlı xəbərlərdən şoka düşüb və dəhşətə gəlib.

Birxeber.Az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin sözçüsü Peter Stano “X” hesabında bildirib.

Bildirilib ki, Aİ mülki şəxslərə qarşı istənilən hücumu pisləyir:

“Düşüncələrimiz bu hücumdan təsirlənən bütün Rusiya vətəndaşlarının yanındadır”

Geri qayıt