Birxeber.az / Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

Prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

20-01-2024, 13:50

20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar prokurorluq əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə APA-ya Baş Prokurorluqdan bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Prokurorluq əməkdaşları şəhidlərimizin məzarları üzərinə gül dəstələri qoyub, ölkəmizin azadlığı uğrunda həlak olanların xatirəsini hörmət və ehtiramla yad edib.

Geri qayıt