Birxeber.az / Rusiya 56 Kanada vətəndaşına sanksiya tətbiq edib

Rusiya 56 Kanada vətəndaşına sanksiya tətbiq edib

22-03-2024, 21:50

Rusiya Kanadanın 56 vətəndaşını sanksiya siyahısına əlavə edib.

APA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“56 Kanada vətəndaşının Rusiya Federasiyasına girişi bağlanıb”, - deyə bildirilib..

Qeyd olunub ki, Kanada hərbi-sənaye kompleksinin bir neçə şirkət rəhbərliyinə sanksiyalar tətbiq edib.

Sanksiya siyahısına Kanadadakı Ukrayna diasporunun nümayəndələri də daxildir.

Geri qayıt