Birxeber.az / “Neftçi” ilə yoxlama görüşü üçün “Spartak”ın heyəti açıqlanıb

“Neftçi” ilə yoxlama görüşü üçün “Spartak”ın heyəti açıqlanıb

22-03-2024, 17:40

Rusiyanın “Spartak” klubunun “Neftçi” ilə yoxlama görüşü üçün Bakıya gətirəcəyi heyət açıqlanıb.

“Report”un məlumatına görə, baş məşqçi Gilyermo Abaskal heyətə 18 futbolçu cəlb edib.

Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 7-si yarımmüdafiəçi, 1-i isə hücumçudur. Müdafiəçi Aleksis Duarte, yarımmüdafiəçilər Roman Zobnin, Nail Umyarov, Viktor Mozes və Xesus Medina Bakıya gəlməyəcəklər.

Qapıçılar: İlya Svinov, Aleksandr Selixov, İlya Tixomirov

Müdafiəçilər: Danil Denisov, Georgi Cikiya, Leon Klassen, Pavel Maslov, Tomaş Tavareş, Nikita Çernov, Dmitri İvanikov

Yarımmüdafiəçilər: Teo Bonqonda, Mixail İqnatov, Ruslan Litvinov, Yeqor Qulyayev, Maksim Nikiforov, Anton Roşin, İvan Starkov

Hücumçu: Aleksandr Sobolyev

Qeyd edək ki, martın 23-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Spartak” görüşü saat 18:00-da başlayacaq.

Geri qayıt