Birxeber.az / Şoyqu: Rusiya silah-sursat istehsalını dəfələrlə artırıb

Şoyqu: Rusiya silah-sursat istehsalını dəfələrlə artırıb

26-01-2024, 14:50

Rusiya silah-sursat istehsalını dəfələrlə artırıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib.

Onun sözlərinə görə, Müdafiə Nazirliyinin və hərbi-sənaye kompleksi təşkilatlarının səmərəli işi tələb olunan silah və sursatların istehsalını əhəmiyyətli dərəcədə artırmağa imkan verib.

"Rusiya Müdafiə Nazirliyinin və hərbi-sənaye kompleksi təşkilatlarının səmərəli işi sayəsində tələb olunan əsas silah və sursatların istehsalını əhəmiyyətli dərəcədə artırmaq mümkün olub. Xüsusilə, istehsal gücünün genişlənməsi və modernləşdirilməsi, eləcə də əmək məhsuldarlığının artması buna kömək edib”, - deyə Şoyqu vurğulayıb.

Geri qayıt