Birxeber.az / Kreml Rusiyanın Kiyevin neytral statusundan imtina etməyə hazır olmadığını bildirib

Kreml Rusiyanın Kiyevin neytral statusundan imtina etməyə hazır olmadığını bildirib

26-01-2024, 14:50

Rusiyanın Kiyevin neytral statusundan imtina etməyə və NATO-ya üzvlüyü ilə bağlı mövqeyini dəyişməyə hazır olması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu, yanlış məlumatdır. Tamamilə həqiqətə uyğun deyil", - Kremlin sözçüsü "Bloomberg"in məlumatını şərh edərkən deyib.

Qeyd edək ki, "Bloomberg" Kremlə yaxın mənbələrə istinadən Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xüsusi hərbi əməliyyatın başa çatması ilə bağlı danışıqlara, eləcə də Rusiyanın hazırda əlində olan ərazilər qalmaqla Ukraynanın NATO üzvlüyünə razılıq verməyə hazır olması barədə qeyri-rəsmi kanallar vasitəsilə ABŞ-a siqnallar göndərdiyini yazıb.

Geri qayıt