Birxeber.az / Astanada 20 Yanvar qurbanlarının xatirəsi anılıb

Astanada 20 Yanvar qurbanlarının xatirəsi anılıb

20-01-2024, 13:50

Astanada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb.

APA-nın Mərkəzi Asiya bürosu xəbər verir ki, əvvəlcə səfirlikdə mərasim iştirakçıları faciə qurbanlarını bir dəqiqəlik sükutla yad ediblər.

Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri Ağalar Atamoğlanov çıxış edərək, qanlı 20 Yanvar hadisələri barədə məlumat verib, həmin hadisələr zamanı Sovet qoşunları tərəfindən çox sayda günahsız insanın amansızcasına qətlə yetirildiyini qeyd edib.

Sonda tədbir iştirakçıları faciəni əks etdirən foto-sərgi ilə tanış olublar.

Əhməd Əkbərov

Geri qayıt