Birxeber.az / Tramp: “Bayden immiqrasiya siyasəti ilə ölkəni məhv edir”

Tramp: “Bayden immiqrasiya siyasəti ilə ölkəni məhv edir”

22-03-2024, 07:50

ABŞ Prezidenti Co Bayden immiqrasiya siyasəti ilə ölkəni məhv edir.

Birxeber.Az xəbər verir ki, bu fikri Amerikanın keçmiş lideri Donald Tramp “Truth” sosial şəbəkəsində deyib.

“Qeyr-qanuni miqrantların axınına icazə verməklə ölkəni işğal etdirir. Bayden onları sosial təminatsız, tibbi ehtiyac içində qoyaraq öldürür və bu ölkəmizi məhv edir”, - deyə o bildirib.

O, bir daha Baydeni Amerika Birləşmiş Ştatları tarixində ən pis prezident adlandırıb.

Bundan əvvəl Tramp Baydenin siyasətinin ölkədə qeyri-qanuni miqrantların sayının 15 milyona çatmasına səbəb olduğunu bildirmişdi.Onun fikrincə, hazırkı prezident böhranın real miqyasını anlamır.

Qeyri-qanuni miqrasiya ilə bağlı vəziyyət bir neçə ildir ki, cənub ştatları ilə federal hökumət arasında mübahisə mövzusudur. Ən gərgin vəziyyət Texas ştatında yaranıb.

Geri qayıt