Birxeber.az / Misirdə dizel və benzin bahalaşıb

Misirdə dizel və benzin bahalaşıb

22-03-2024, 06:40

Misir hakimiyyəti Mərkəzi Bankın uçot dərəcəsini artırması və milli valyutanın sərbəst məzənnəsinin tətbiqi ilə əlaqədar martın 22-dən benzin və dizel yanacağının qiymətlərini artırmaq qərarına gəlib.

“Birxeber.Az” xəbər verir ki, bu barədə “Əs-Shorouk” portalı məlumat yayıb.

Qeyd olunub ki, Aİ-80, Aİ-92 və Aİ-95 markalı benzinin bir litrinin qiyməti 1 Misir funtu artaraq, müvafiq olaraq 11, 12,5 və 13,5 funt təşkil edib.

Bir litr dizel yanacağı 1,75 funt bahalaşaraq 10 funta, qaz balonunun qiyməti isə 75 funtdan 100 funta qalxıb.

Geri qayıt