Birxeber.az / Türkiyədə zəncirvari qəza: iki ölü, yeddi yaralı var

Türkiyədə zəncirvari qəza: iki ölü, yeddi yaralı var

22-03-2024, 05:50

Türkiyənin İzmir şəhərində zəncirvari yol qəzası olub.

Birxeber.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Çiğli rayonunda baş verən hadisədə beş avtomobil və bir elektrik skuteri toqquşub.

Qəzada 2 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisədən sonra yol nəqliyyatın hərəkətinə bir müddət bağlı olub.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt