Birxeber.az / Yollarda görünüş məsafəsi bir km-dək məhdudlaşacaq - XƏBƏRDARLIQ

Yollarda görünüş məsafəsi bir km-dək məhdudlaşacaq - XƏBƏRDARLIQ

21-03-2024, 20:50

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dumanlı hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Birxeber.Az xəbər verir ki, bu barədə xidmətdən məlumat verilib.

Bildirilib ki, martın 22-də əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Geri qayıt