Birxeber.az / Rusiyalı mütəxəssislər vurulan hərbi təyyarənin "qara qutu"sunu araşdırmağa başlayıblar

Rusiyalı mütəxəssislər vurulan hərbi təyyarənin "qara qutu"sunu araşdırmağa başlayıblar

26-01-2024, 14:40

Rusiyalı mütəxəssislər yanvarın 24-də Belqorod vilayətində vurulan İL-76 hərbi-nəqliyyat təyyarəsinin "qara qutu"larındakı məlumatı araşdırmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, təyyarənin "qara qutu"ları yararlı vəziyyətdədir.

Xatırladaq ki, hadisə nəticəsində təyyarənin göyərtəsində olan 75 nəfərin hamısı ölüb. Təyyarədə ukraynalı hərbi əsirlərin olduğu iddia edilir. Rəsmi Kiyev hələ ki məlumatı təsdiqləməyib. Həm Moskva, həm də Kiyev hadisə ilə bağlı beynəlxalq araşdırmanın başlanmasını tələb edir.

Geri qayıt