Birxeber.az / Meşələr Günü ilə bağlı 42 mindən artıq ağac əkilib

Meşələr Günü ilə bağlı 42 mindən artıq ağac əkilib

21-03-2024, 16:40

Beynəlxalq Meşələr Günü ilə bağlı bu gün meşə fondu torpaqlarında 42 mindən artıq ağac əkilib.

Bu barədə "Report"a Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.

O bildirib ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları hər bölgənin torpaq-iqlim şəraitinə uyğun 42 730 ədəd müxtəlif cinsli ağac tingi əkib: “Əkilən ağaclar mərkəzlərin tinglik sahələrində yetişdirilib".

Qeyd edək ki, BMT Baş Assambleyası tərəfindən meşələrin qorunması və artırılmasının vacibliyinə diqqət çəkmək üçün hər il mart ayının 21-i Beynəlxalq Meşələr Günü kimi qeyd olunur.

Geri qayıt