Birxeber.az / ABŞ BMT TŞ-yə Qəzzada atəşkəslə əlaqədar qətnamə layihəsi təqdim edib

ABŞ BMT TŞ-yə Qəzzada atəşkəslə əlaqədar qətnamə layihəsi təqdim edib

21-03-2024, 09:50

ABŞ BMT Təhlükəsizlik Şurasına Qəzza zolağında atəşin dərhal dayandırılması və girovların azad edilməsini nəzərdə tutan qətnamə layihəsi təqdim edib.

APA-nın TASS-a isitnadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Antoni Blinken bildirib.

Blinken deyib ki, BMT Təhlükəsizlik Şurasının üzvlərinin qətnamə layihəsini dəstəkləyəcəklərinə ümid edirlər.

Geri qayıt