Birxeber.az / Almaniya millisinin qapıçısı zədələnib

Almaniya millisinin qapıçısı zədələnib

21-03-2024, 09:40

Almaniya millisinin və "Bavariya"nın qapıçısı Manuel Noyer məşqdə zədələnib.

"Birxeber.Az" xəbər verir ki, 37 yaşlı qolkiperə sol körpü sümüyü zədələnməsi və əzələ yırtığı diaqnozu qoyulub.

O, martın 23-də Fransa, 26-da isə Niderland millilərinə qarşı keçiriləcək yoxlama oyunlarında yığmaya kömək edə bilməyəcək.

Qeyd edək ki, Manuel Noyer 9 aylıq zədədən sonra ötən ilin oktyabrında yaşıl meydanlara qayıtmışdı.

Geri qayıt