Birxeber.az / Qazaxda yol qəzası baş verib, xəsarət alanlar var

Qazaxda yol qəzası baş verib, xəsarət alanlar var

21-03-2024, 08:50

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb.

Qəza nəticəsində iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişlərin vəziyyəti kafi olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt