Birxeber.az / Niderland Ukraynaya F-16 qırıcılarını tədarük edəcəyi tarixi açıqlayıb

Niderland Ukraynaya F-16 qırıcılarını tədarük edəcəyi tarixi açıqlayıb

21-03-2024, 02:50

Niderland Ukraynaya F-16 döyüş təyyarələrini 2024-cü ilin ikinci yarısında təhvil verəcək.

Birxeber.Az xəbər verir ki, bunu Niderlandın müdafiə naziri Kaysa Ollonqren açıqlayıb.

Müdafiə naziri həmrəylik nümayiş etdirmək və yeni yardım paketini elan etmək üçün Ukraynaya səfər edib.

“Mən qəti şəkildə inanıram ki, biz bu yay F-16-ların tədarükünə başlayacağıq. Əvvəlcə Danimarka, bizim cədvəlimiz var”, - deyə Ollonqren bəyan edib.

Bildirilir ki, Niderland Kiyevə döyüş təyyarələri üçün sursat, həmçinin müasir pilotsuz kəşfiyyat məqsədli təyyarələrin alınması üçün 350 milyon avro ayıracaq. Eyni zamanda, Ollonqren vurğulayıb ki, Qərb müharibənin uzunmüddətli ola biləcəyi ehtimalını nəzərə almalıdır və buna hazır olmalıdır.

Xatırladaq ki, fevral ayında Niderland Müdafiə Nazirliyinin Ukraynaya daha 6 ədəd F-16 qırıcısı tədarük etməyə hazırlaşdığı bildirilirdi.

"Beləliklə, F-16 təyyarələrinin ümumi sayı 24-ə çatıb", - Ollonqren qeyd etmişdi.

O, həmçinin Aİ və NATO rəhbərliyini Ukraynaya silah və hərbi texnikanın tədarükünə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa çağırmışdı.

Geri qayıt