Birxeber.az / Almaniya bu il müdafiə fondundan təxminən 20 milyard avro xərcləyəcək

Almaniya bu il müdafiə fondundan təxminən 20 milyard avro xərcləyəcək

21-03-2024, 02:40

Almaniya Müdafiə Nazirliyi bu il ordunun modernləşdirilməsinə ayrılan 100 milyard avro fondun təxminən beşdə birini - 19,8 milyard avronu xərcləyəcək.

"Report"un məlumatına görə, bunu nazrirliyin rəhbəri Boris Pistorius deyib.

"Biz hərbi qulluqçularımız üçün avadanlıq alırıq və lazımi infrastrukturu heç vaxt olmadığı kimi qısa zamanda yaradırıq", - DPA agentliyi ondan sitat gətirib.

Dövlət büdcəsindən müdafiə ehtiyaclarına ayrılan xərclər, xüsusi fonddan ayırmaları nəzərə alınmasa, təxminən 52 milyard avro təşkil edəcək.

Almaniya hakimiyyəti dəfələrlə Ukraynaya hərbi yardımla bağlı boşluqları doldurmaq üçün öz ehtiyacları üçün aktiv şəkildə silah almağa hazırlaşdıqlarını bildirib.

Almaniyada ordunun modernləşdirilməsi üçün 2022-ci ildə 100 milyard avro dəyərində xüsusi fond yaradılıb. 2024-cü ildə müdafiə xərcləri ÜDM-in 2%-nə qədər artırılacaq.

Geri qayıt