Birxeber.az / Blinkenin İsrailə səfər edəcəyi tarix məlum olub

Blinkenin İsrailə səfər edəcəyi tarix məlum olub

20-03-2024, 22:50

ABŞ dövlət katibi Entoni Blinken həftənin sonunda İsrailə səfər edəcək.

Birxeber.Az xəbər verir ki, məlumatı ABŞ Dövlət Departamenti təsdiqləyib.

“Bildiyiniz kimi, dövlət katibi həftənin sonunda İsrailə yollanır”, - deyə Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib.

Xatırladaq ki, bir müddət öncə Blinken bildirmişdi ki, İsrail Qəzza zolağında mülki əhalini qorumağa borcludur.

Geri qayıt