Birxeber.az / Yağıntılı hava şəraitinə görə yollarda görmə məsafəsi məhdudlaşacaq

Yağıntılı hava şəraitinə görə yollarda görmə məsafəsi məhdudlaşacaq

20-03-2024, 20:40

Dumanlı və yağıntılı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə "Birxeber.Az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 21-də əsasən dağlıq və dağətəyi rayonlarda qeyri-sabit, yağıntılı, dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.

Geri qayıt