Birxeber.az / Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışları keçiriləcək

Göygöldə həndbol üzrə Azərbaycan birinciliyinin zona yarışları keçiriləcək

20-03-2024, 19:40

Martın 21-də Göygöl Olimpiya İdman Kompleksində həndbol üzrə 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start veriləcək.

"Report"un məlumatına görə, turnirdə Gəncə, Mingəçevir, Göygöl, Qazax və Şirvanı təmsil edən komandalar qələbə uğrunda mübarizə aparacaqlar.

Martın 22-dək davam edəcək yarışlar Gənclər və İdman Nazirliyinin, Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

Qalib komandalar iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Geri qayıt