Birxeber.az / İmişlidə pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib

İmişlidə pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs məsuliyyətə cəlb edilib

20-03-2024, 18:50

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən partlayıcı və tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, tədbirlərlə pirotexniki vasitələrin satışını təşkil edən 1 nəfər müəyyən edilib. Həmin şəxsdən müxtəlif növ partlayıcı və tezalışan maddələr aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.

Geri qayıt