Birxeber.az / Akademik avarçəkmə üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək

Akademik avarçəkmə üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək

20-03-2024, 15:40

Akademik avarçəkmə üzrə Azərbaycan millisi beynəlxalq turnirdə iştirak edəcək.

“Birxeber.Az” xəbər verir ki, idmançılarımız İtaliyada təşkil olunacaq ənənəvi “Paolo De Aloya” reqatasında mübarizə aparacaqlar.

Martın 22-24-də baş tutacaq yarışda Azərbaycanı Ziya Məmmədzadə, Bəhmən Nəsiri, Diana Dımçenko və Murad Sadıqov təmsil edəcəklər. Avarçəkənlər 1 nəfərlik qayıqda qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, Diana Dımçenko 2023-cü ildə keçirilən “Paolo De Aloya” reqatasında qızıl medal qazanıb.

Geri qayıt