Birxeber.az / Tovuzda 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb 

Tovuzda 17 yaşlı oğlanı cərəyan vuraraq öldürüb 

20-03-2024, 13:40

Tovuz rayonunda yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 2007-ci il təvəllüdlü Sinan Rasim oğlu Bağırov ehtiyatsızlıqdan elektrik xəttinə toxunub və cərəyan onu öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Geri qayıt