Birxeber.az / İtaliyanın Baş naziri Ukraynaya səfər etməyi planlaşdırır

İtaliyanın Baş naziri Ukraynaya səfər etməyi planlaşdırır

23-12-2022, 04:00

İtaliyanın baş naziri Corciya Meloni 2023-cü ilin əvvəlində baş tuta biləcək Ukraynaya səfər etmək arzusunu dilə gətirib.

Bu barədə “Report” İtaliyanın Rai telekanalına istinadən xəbər verir.

“Mən bu səfəri gələn ilin ilk aylarında etmək istərdim”, - o, Kiyevə mümkün səfərlə bağlı suala müsahibəsində deyib.

İtaliya hökumətinin başçısı yaxın vaxtlarda Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığını da anons verib:

“Mən Zelenskini eşitməliyəm, diplomatik nümayəndəliklərimiz danışığın Miladdan əvvəl baş tutması üçün əlaqədədir”.

Geri qayıt