Birxeber.az / Ankara və Stokholm arasında İkitərəfli Təhlükəsizlik Əməkdaşlıq Mexanizminə hazırlıq müzakirə olunub

Ankara və Stokholm arasında İkitərəfli Təhlükəsizlik Əməkdaşlıq Mexanizminə hazırlıq müzakirə olunub

20-03-2024, 02:40

Türkiyə və İsveçin xarici siyasət idarələri arasında İkitərəfli Təhlükəsizlik Əməkdaşlıq Mexanizminə hazırlıq müzakirə olunub.

“Report” xəbər verir ki, bu barədə Türkiyə XİN-in mətbuat xidməti bildirib.

“Xarici işlər nazirimizin müavini səfir Burak Akçapar İsveçin xarici işlər üzrə dövlət katibi səfir Yan Knutsson ilə görüşüb. Görüşdə NATO-nun Vilnüs Sammiti çərçivəsində qərara alınmış və Türkiyə ilə İsveç arasında nazirlər səviyyəsində qurulması nəzərdə tutulmuş İkitərəfli Təhlükəsizlik Əməkdaşlıq Mexanizminə hazırlıq və regional məsələlər müzakirə edilib”, – nazirlik diqqətə çatdırıb.

Xatırladaq ki, ötən ilin iyulunda İsveçin xarici işlər naziri Ulf Kristersson (hazırda baş nazirdir) ölkəsinin Türkiyə ilə əməkdaşlıq formatında yeni ikitərəfli təhlükəsizlik dialoqu quracağını açıqlamışdı.

Geri qayıt