Birxeber.az / Cənub Muğan kollektorundakı körpü təmir olunacaq

Cənub Muğan kollektorundakı körpü təmir olunacaq

19-03-2024, 18:40

Biləsuvar rayonundan keçən Cənub Muğan kollektorundakı (PK 48+00) aşırımlı körpü əsaslı təmir olunacaq.

"Report"un Muğan bürosunun məlumatına görə, Mərkəzi Muğan Kollektorlarının İstismarı İdarəsi bununla bağlı hazırlıq işlərinə başlayıb.

Körpüdən minik avtomobilləri ilə yanaşı, ağırtonajlı yük avtomobillərinin də hərəkəti nəzərə alınaraq möhkəm dəmir konstruksiyalarla bərkidilmiş beton bünövrələr qurulacaq.

Körpünün bu il hazırlanaraq istifadəyə veriləcəyi nəzərdə tutulub.

Geri qayıt