Birxeber.az / Almaniya polisi İsveç parlamentində terror aktı planlaşdıran 2 nəfəri həbs edib

Almaniya polisi İsveç parlamentində terror aktı planlaşdıran 2 nəfəri həbs edib

19-03-2024, 17:50

Almaniya polisi İsveç parlamentində terror aktı planlaşdıran iki nəfəri həbs edib.

APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Almaniya prokurorluğu məlumat yayıb.

Bildirilib ki, Əfqanıstandan olan iki şəxs Almaniyanın şərqindəki Gera şəhərində həbs edilib. Onlar ötən il İsveçdə "Quran" yandırıldığı üçün parlamentə silahlı hücum planlaşdırıblar.

Almaniya prokurorluğunun məlumatına görə, bu şəxslər ötən il İŞİD-K (İŞİD-in Əfqanıstandakı qolu -red.) ekstremist qrupuna qoşulub və təşkilat üçün 2000 avroya yaxın ianə toplayıblar.

Geri qayıt