Birxeber.az / “Azərreyl”in kapitanı: “Baş məşqçinin fərqli təlimatları ilə oyunu çevirməyi bacardıq”

“Azərreyl”in kapitanı: “Baş məşqçinin fərqli təlimatları ilə oyunu çevirməyi bacardıq”

26-01-2024, 12:40

“Baş məşqçinin fərqli təlimatları, taktikası və oyunçu dəyişiklikləri ilə oyunu çevirməyi bacardıq, qalib gəldik”.

“Report” xəbər verir ki, bunu “Azərreyl”in voleybolçusu Aynur İmanova “Abşeron”a 3:2 hesabı ilə qalib gəldikləri Yüksək Liqanın X turunun oyunu ilə bağlı danışarkən deyib.

Kapitan əzmkar qələbəyə görə çox sevincli olduqlarını bildirib: “İlk oyunda rəqibə məğlub olmuşduq. Budəfəki duelə çox ciddi hazırlaşmışdıq. Mübarizəyə yaxşı başlasaq da, ilk iki setdə uduzduq. Ancaq sonda qalib gəldik. Qələbə münasibətilə həm komanda yoldaşlarımı, həm də məşqçi heyətini təbrik edirəm. Bizi dəstəklədikləri üçün azarkeşlərə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, 10 turdan sonra “Azərreyl” 24 xalla turnir cədvəlinə başçılıq edir.

Geri qayıt