Birxeber.az / Rusiyanın Belqorod vilayətindən 9 minə yaxın uşaq təxliyə ediləcək

Rusiyanın Belqorod vilayətindən 9 minə yaxın uşaq təxliyə ediləcək

19-03-2024, 13:50

Rusiyanın Belqorod vilayətindən 9 minə yaxın uşaq təxliyə ediləcək.

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Qərara əsasən, Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulan Belqorod vilayətindən 9 minə yaxın uşaq başqa bölgələrə köçürüləcək.

Xatırladaq ki, ötən həftənin əvvəlindən etibarən Ukrayna ordusu Rusiyanın Belqorod və Kursk vilayətlərinə hücumlar edir. Hücumlar nəticəsində ən azı iki nəfərin öldüyü bildirilib.

Geri qayıt