Birxeber.az / Fransalı siyasətçi Aİ-ni “məhv etməyə” çağırış edib

Fransalı siyasətçi Aİ-ni “məhv etməyə” çağırış edib

26-01-2024, 12:40

Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippot ölkəsini Avropa İttifaqından (Aİ) çıxmağa və bu təşkilatı “məhv etməyə” çağırıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə siyasətçi “X” sosial şəbəkəsindəki səhifəsində Brüsselin “MERCOSUR” ilə azad ticarət sazişinin qəbulunu sürətləndirmək qərarına münasibət bildirərkən yazıb.

Onun sözlərinə görə, bu saziş Fransanın kənd təsərrüfatına ciddi ziyan vuracaq: “Bu qərar bizim kənd təsərrüfatımızı öldürəcək. Aİ bizi məhv etməmişdən əvvəl onu məhv edək!”.

Incroyable ! En pleine révolte des #AgriculteursEnColère, la Commission européenne vient de commettre une énorme provocation en annonçant vouloir accélérer l’adoption du Traité de libre-échange UE-#MERCOSUR, qui tuerait notre agriculture !

Elle peut parfaitement le faire car les… pic.twitter.com/C1Ah8l4IWL

— Florian Philippot (@f_philippot) January 25, 2024
Geri qayıt