Birxeber.az / Türkiyədə avtomobil dayanacağa çırpılıb, 4 nəfər ölüb

Türkiyədə avtomobil dayanacağa çırpılıb, 4 nəfər ölüb

19-03-2024, 12:50

Türkiyədə avtomobil avtobus dayanacağına çırpılıb, ölənlər var.

APA TRT Haber-ə istinadən xəbər verir ki, hadisə Konya şəhərində baş verib.

Sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil yol kənarındakı avtobus dayanacağına çırpılıb. Qəza zamanı dayanacaqda olanlardan 4 nəfəri ölüb, 5 nəfər isə xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Geri qayıt