Birxeber.az / Paşinyan: “Sərhədin demarkasiyası və delimitasiya prosesi praktiki mərhələyə keçib”

Paşinyan: “Sərhədin demarkasiyası və delimitasiya prosesi praktiki mərhələyə keçib”

19-03-2024, 03:50

Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası prosesi praktiki mərhələyə keçib.

Birxeber.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətində sakinlərlə görüşündə deyib.

“Bu o deməkdir ki, Ermənistanın sərhədləri yerlərdə müəyyən edilməli olacaq. Hamımız bilirik, siz məndən də yaxşı bilirsiniz ki, Ermənistanın sərhəd harada başlayır, harada bitir”, - deyə Paşinyan vurğulayıb.

Baş nazirin sözlərinə görə, hökumətin məqsədi müharibənin qarşısını almaqdır və buna görə də bu ərazilərdə sərhədlərin təfərrüatlı şəkildə müəyyən edilməsi qərara alınıb.

Geri qayıt