Birxeber.az / Sahibkarlığın İnkişafı Fondu Küveytin qurumları ilə əməkdaşlıq edə bilər

Sahibkarlığın İnkişafı Fondu Küveytin qurumları ilə əməkdaşlıq edə bilər

21-12-2022, 11:00

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) Küveytin müxtəlif qurumları ilə əməkdaşlıq edə bilər.

"Report" SİF-ə istinadən xəbər verir ki, bu məsələ Fondun İdarə Heyətinin sədri Osman Xaliyevlə Küveytin Azərbaycandakı səfiri Abdullah Mohamed Abdullah Almauidi arasında keçirilmiş görüşdə müzakirə olunub.

Görüşdə SİF-in fəaliyyəti və sahibkarlar üçün həyata keçirilən dəstək mexanizmləri barədə məlumat verilib. Səfir Azərbaycan-Küveyt əlaqələrinin inkişaf etdiyini qeyd edib, Fondla əməkdaşlığın Küveytin müvafiq qurumlarına tövsiyə ediləcəyini bildirib.

Geri qayıt