Birxeber.az / Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

Finlandiyanın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

18-03-2024, 22:40

Finlandiyanın keçmiş prezidenti Tarya Halonen Helsinkidə xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, Halonen xərəkdə, təcili yardım avtomobil ilə xəstəxanaya aparılıb.

Keçmiş prezidentin sözçüsü Sari Kuusima “Seiska” nəşrinə faktı təsdiq edib:

“Məlumatınızı təsdiq edirəm, Tarya Halonen mədə xəstəliyinə görə xəstəxanaya aparılıb”. 80 yaşlı Halonen 2000-2012-ci illərdə Finlandiyanın 11-ci prezidenti olub.

Geri qayıt