Birxeber.az / Bərdədə azyaşlını it dişləyib

Bərdədə azyaşlını it dişləyib

18-03-2024, 17:50

Bərdədə 7 yaşlı uşağı it dişləyib.

Birxeber.Az-nın yerli müxbiri xəbər verir ki, hadisə Bərdə rayonunda yerləşən məcburi köçkün şəhərciyində qeydə alınıb. 2017-ci il təvəllüdlü Rəhimova Dəniz Kənan qızı həyətdə oynayan zaman sahibsiz it ona hücum edərək dişləyib. Uşaq ətrafdakı insanlar tərəfindən xilas edilərək Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Geri qayıt