Birxeber.az / Azad edilmiş ərazilərdə daha 38 mina, 202 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə daha 38 mina, 202 PHS aşkarlanıb

18-03-2024, 16:50

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (11.03.2024 - 17.03.2024) açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Laçın, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 31 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 202 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1 394,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Geri qayıt