Birxeber.az / Stoltenberq: NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaqdan imtina etməyə çağırır

Stoltenberq: NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaqdan imtina etməyə çağırır

18-03-2024, 16:40

NATO Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaqdan imtina etməyə çağırmağa davam edir.

"Report" xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Gürcüstanın Baş nazir İrakli Kobaxidze ilə birgə mətbuat bəyanatlarında deyib.

O qeyd edib ki, NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir:

"Cənubi Osetiya və Abxaziya Gürcüstanın bir parçasıdır", - o deyib.

Geri qayıt