Birxeber.az / Azərbaycanın cüdo hakimləri beynəlxalq yarışları idarə ediblər

Azərbaycanın cüdo hakimləri beynəlxalq yarışları idarə ediblər

18-03-2024, 16:40

Azərbaycanın cüdo hakimləri Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışları idarə ediblər.

“Birxeber.Az” Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Nazim Umbayev və B kateqoriyasına malik Ülvi Əliyev Latviyanın paytaxtı Riqada təşkil edilən böyüklər arasında Avropa Kubokunda fəaliyyət göstəriblər.

A kateqoriyalı referi Fariz Hüseynov isə Xorvatiyanın Poreç şəhərində baş tutan yeniyetmələr arasında Avropa Kubokunda ədalət təmsilçiləri arasında yer alıb.

Geri qayıt