Birxeber.az / Bakı metrosundan istifadə edənlərin sayı 4 % artıb

Bakı metrosundan istifadə edənlərin sayı 4 % artıb

18-03-2024, 11:40

Bu ilin yanvar-fevral aylarında "Bakı Metropoliteni" QSC-nin xidmətlərindən 35,1 milyon nəfər istifadə edib.

“Birxeber.Az” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.

Geri qayıt