Birxeber.az / Finlandiya Türkiyənin qərarını alqışlayıb

Finlandiya Türkiyənin qərarını alqışlayıb

26-01-2024, 11:40

Finlandiya Türkiyənin İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsini alqışlayıb.

“Birxeber.Az” xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.
“Alyans İsveçlə daha güclü olacaq”, - paylaşımda bildirilib.

Qeyd edək ki, yanvarın 25-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünü təsdiqləyib. Bundan bir gün əvvəl isə Türkiyə Böyük Millət Məclisi İsveçin NATO-ya üzv olmaq barədə müraciətinə baxıb. Gündəliyə daxil edilən məsələnin təsdiqi üçün səsvermədə iştirak edən deputatların səs çoxluğu kifayət edib.

İndi İsveçin NATO-ya üzvlüyü üçün ancaq Macarıstanın ratifikasiyasına ehtiyac var.

Geri qayıt