Birxeber.az / Ermənistanın baş naziri Gürcüstana səfər edəcək

Ermənistanın baş naziri Gürcüstana səfər edəcək

26-01-2024, 11:40

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Gürcüstana işgüzar səfər edəcək və gürcü həmkarı İrakli Qaribaşvili ilə görüşəcək.

“Birxeber.Az” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, baş nazirlərin təkbətək görüşündən sonra Gürcüstan-Ermənistan hökumətlərarası iqtisadi komissiyasının iclası keçiriləcək. Görüşlərin sonunda hökumət başçıları mətbuata birgə bəyanatla çıxış edəcəklər.

Geri qayıt