Birxeber.az / Putin Ukrayna tərəfində döyüşən "Rusiya könüllüləri korpusu" barədə danışıb

Putin Ukrayna tərəfində döyüşən "Rusiya könüllüləri korpusu" barədə danışıb

18-03-2024, 01:50

Rusiya Prezidenti Vladimir Putin Ukrayna tərəfində döyüşən "Rusiya könüllüləri korpusu"nu İkinci Dünya müharibəsində nasist Almaniyası tərəfində döyüşən" "Vlasovçular"la müqayisə edib.

Birxeber.Az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə o, seçki qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

Putin bildirib ki, hamı "Vlasovçular"ın sonunun necə olduğunu yaxşı bilir:

"Biz onlara rahatlıq verməyəcəyik. Onlar bunu bilməlidirlər. Bizdə ölüm hökmü yoxdur, amma biz bu insanlara döyüş bölgəsində olanlar kimi baxacağıq. Onlar əllərində silahla vətənlərinə-Rusiyaya qarşı vuruşurlar. Əgər düşmən “ətçəkən maşını” xoşlayırsa, bu, bizim üçün də faydalıdır.
Hüquq-mühafizə orqanlarına onların hamısının adlarını müəyyən etmək və müvafiq tədbirlər görmək üçün tapşırıqlar veriləcək", deyə Rusiya Prezidenti vurğulayıb.

Geri qayıt