Birxeber.az / NATO Baş katibi: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik

NATO Baş katibi: Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik

17-03-2024, 20:50

Cənubi Qafqazda sülh region xalqları, Qara dəniz regionu, ümumilikdə isə Transatlantik təhlükəsizlik üçün vacibdir.

Birxeber.Az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuat qarşısında bəyanatla çıxış edərkən deyib.

O bildirib ki, burada sülh, sabitlik önəmlidir:

"Biz tərəflər arasında sülh prosesini təşviq edir və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olunacağına ümid edirik".

Geri qayıt