Birxeber.az / Stoltenberq Azərbaycanın bəzi NATO müttəfiqləri ilə enerji əlaqələrini inkişaf etdirməsini alqışlayır

Stoltenberq Azərbaycanın bəzi NATO müttəfiqləri ilə enerji əlaqələrini inkişaf etdirməsini alqışlayır

17-03-2024, 20:50

Azərbaycana səfər etməkdən məmnunluq duyuram.

APA xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.

O, 1990-cı illərdə Norveçin enerji naziri kimi Bakıya bir neçə dəfə səfər etdiyini xatırladıb.

Baş katib deyib ki, Azərbaycan enerji təhlükəsizliyini gücləndirib:

"Mən həmçinin burada enerji təhlükəsizliyini müzakirə etməyə şadam, çünki enerji bizim təhlükəsizliyimiz üçün əhəmiyyət kəsb edir. Mən Azərbaycanın bəzi NATO müttəfiqləri ilə yaxın enerji əlaqələrini inkişaf etdirməsini alqışlayıram"

Geri qayıt