Birxeber.az / Sumqayıtda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda beşmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

17-03-2024, 18:50

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 5-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 11 ədəd sayğac və 4 p.m elektrik kabeli yanıb.

Birxeber.Az-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan su borusu 0.5 p.m əriyib.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Geri qayıt