Birxeber.az / Baş prokuror: Keçən ildə əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

Baş prokuror: Keçən ildə əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb

26-01-2024, 10:50

2023-cü ildə əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Birxeber.Az xəbər verir ki, bunu yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

Baş prokuror bildirib ki, hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 44 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib

Kollegiya iclasında vurğulanıb ki, 2023-cü ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış

Əlavə edilib ki, 2023-cü ildə əvvəlki illərdən bağlı qalmış 10 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

Bununla da, 1 may 2020-ci il tarixdən hazıradək isə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 37 qəsdən adam öldürmə cinayəti açılıb.

Geri qayıt