Birxeber.az / Bakıda yolu keçən kişini avtomobil vurub

Bakıda yolu keçən kişini avtomobil vurub

17-03-2024, 02:40

Bakının Xətai rayonunda 62 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1962-ci il təvəllüdlü Ağayev Fərman Ağababa oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.

Geri qayıt