Birxeber.az / Ötən il ölkədə 620 intihar olub

Ötən il ölkədə 620 intihar olub

26-01-2024, 10:50

Ötən il Azərbaycanda 620 intihar hadisəsi baş verib.
APA xəbər verir ki, bunu Baş Prokuror Kamran Əliyev Baş Prokurorluqda keçirilən kollegiya iclasında deyib.
O bildirib ki, bunun 180-ı Bakıda, 440-ı isə respublikanın digər rayon və şəhərlərində qeydə alınıb:
“2023-cü ildə intiharlarla bağlı 35 cinayət işi başlanmaqla 5 cinayət işi məhkəməyə göndərilib. 2 iş üzrə ittiham hökmü çıxarılıb, 3 iş məhkəmə baxışındadır”.

Geri qayıt