Birxeber.az / Ötən il korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə cinayətlərlə bağlı 172 iş məhkəməyə göndərilib

Ötən il korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə cinayətlərlə bağlı 172 iş məhkəməyə göndərilib

26-01-2024, 10:50

2023-cü ildə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlı 248 şəxs barəsində 172 iş məhkəməyə göndərilib.

Birxeber.Az xəbər verir ki, bunu Baş Prokurorluqda 2023-cü ildə prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslərdən 45 nəfəri cinayət başında yaxalanıb: “37 əməliyyat tədbiri həyata keçirilib, axtarışda olan 12 nəfər tutulub”.

Geri qayıt